CƏMİYYƏT
Budapeştdə 20 Yanvar faciəsinə həsr edilmiş tamaşa nümayiş olunub
20.01.2024 [23:57]
Xəbərin mətni
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyində anım tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyası (AYID) ilə birgə təşkil olunan tədbirdə Macarıstanda təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.