Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli şəhərinə daha 30 ailə yola salındı

22.01.2024 [10:36]

Xəbərin mətni

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb.