Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində sürüşmə nəticəsində 47 nəfər dağıntı altında qalıb

22.01.2024 [10:48]

Xəbərin mətni

Çinin cənub-qərbindəki Yunna vilayətində torpaq sürüşməsi nəticəsində ən azı 47 nəfər torpaq axını və dağıntı altında qalıb.
AZƏRTAC vilayətin hakimiyyət orqanlarının açıqlamasına istinadla xəbər verir ki, təbii fəlakət yerli vaxtla səhər saat 5:51-də Caotan şəhərinin Lianşuy kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində 18 fərdi ev axın altında qalıb.