Sabunçuda 2 silahlı şəxs saxlanılıb
22.01.2024 [12:41]
Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı Maştağa qəsəbəsi sakini 1963-cü il təvəllüdlü İbrahim Rzayev saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin, yaşadığı evdən isə “Kalaşnikov” avtomatı, patron darağı və 11 ədəd patron aşkarlanaraq götürülüb.
Sabunçu RPİ-nin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Ondan isə “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunub. İ.Rzayev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.