Polis Akademiyasına sənəd qəbulu başladı
22.01.2024 [13:15]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə 500 kursantın qəbulu üçün müsabiqə elan edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.