Sabunçu dəmir yolu stansiyasında silahlı şəxs saxlanıldı
22.01.2024 [17:02]
Xəbərin mətni
Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu dəmir yolu vağzalının ərazisində 2002-ci il təvəllüdlu Vüsal Nəcəfəliyev saxlanılıb. Onun əlindəki çantaya baxış keçirilərkən 1 kiloqram 125 qram narkotik vasitə marixuana, 1 ədəd “Browling” markalı tapança və 40 ədəd patron aşkar edilərək götürülüb. V.Nəcəfəliyev odlu silahı və narkotiki satış məqsədi ilə əldə etdiyini bildirib.