RƏSMİ
Prezident İlham Əliyev Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuku qəbul edib
23.01.2024 [12:24]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirildi. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlandı.