CƏMİYYƏT


Şirvan şəhərində zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır

Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan Şəhər Prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyənləşdirilib.