Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabadda yağan qar nəqliyyatın hərəkətində çətinliklər yaradıb

24.01.2024 [00:25]

Xəbərin mətni

Bu gün axşam saatlarından başlayaraq Cəlilabad rayonu ərazisinə güclü qar yağır. Rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 10 santimetrə çatır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar rayonda su, qaz və rabitə sahəsində problem yaratmasa da, rayonun avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Qar səbəbindən Cəlilabad-Yardımlı avtomobil yolunda nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb.