Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

İsmayıllı-Lahıc yolunda nəqliyyatın hərəkəti bərpa olunub

24.01.2024 [12:02]

Xəbərin mətni

İsmayıllı-Lahıc yolunda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sözügedən yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz qarışığı səpilib. Bu istiqamətdə işlər davam etdirilir.