CƏMİYYƏT
Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin təhlükəsizliyi istiqamətində işlər aparılır
24.01.2024 [14:45]
Xəbərin mətni
Bakı-Şamaxı-Yevlax magistral yolunun qardan təmizlənməsi, buz bağlamış hissələrinə qum-duz qarışığının səpilməsi işləri aparılıb.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hazırda bu istiqamətdə işlər davam etdirilir.
“Yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur”, - deyə məlumatda bildirilir.