DÜNYA


Rusiyada qəzaya uğrayan təyyarədəki 74 nəfərin hamısı həlak olub

Rusiyanın Belqorod vilayətində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 74 nəfər, o cümlədən 65 ukraynalı əsir həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, “İl-76” hərbi nəqliyyat təyyarəsi Moskva vaxtı ilə saat 11:00 radələrində planlaşdırılmış uçuşu yerinə yetirərkən qəzaya uğrayıb. Təyyarədə dəyişdirmək üçün aparılan 65 ukraynalı əsir, həmçinin 6 ekipaj üzvü və 3 müşayiətçi olub.