CƏMİYYƏT


İmişlidə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 nəfər saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Nurəddin Abbaslı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış heroin aşkarlanıb. Dindirilmə zamanı N.Abbaslı həmin vasitələri Rəşad adlı şəxsdən əldə etdiyini bildirib.