CƏMİYYƏT


Həkəri çayında cüyür görüntüləri

Əsrarəngiz təbiəti ilə göz oxşayan Laçında daha bir maraqlı görüntü müşahidə edilib. Çay boyunca qaçaraq keçən cüyür diqqəti cəlb edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, maraqlı təbiət hadisəsi Laçın sakini tərəfindən rayonun Minkənd kəndi ərazisində qeydə alınıb. Dağların arası ilə axan çaydan qaçaraq keçən cüyür maraqlı anlar yaradıb.