CƏMİYYƏT


Dəm qazı yenə can aldı

Hadisə ötən gün gecə saatlarında qeydə alınıb. Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakini, 57 yaşlı Çingiz Əsədov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti səhər saatlarında yaxınları tərəfindən hamamda aşkar edilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib.