Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirvan sakini tapdığı avtomat silahını və patronları polisə təhvil verib

26.01.2024 [13:48]

Xəbərin mətni

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparılan tədbirlər nəticəsində bir nəfər şəhər sakini tapdığı 1 ədəd avtomatı, 1 ədəd daraq və 30 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.