CƏMİYYƏT


Füzulidə daha 30 ailəyə evlərinin açarları təqdim edilib

Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə dövlət tərəfindən tikilən mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ailə olmaqla, 104 nəfər Füzuli sakini doğma yurduna qovuşub. Füzuliyə qayıdan köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.