CƏMİYYƏT


Bakıda elektrikli avtobusların sayı artırılır

30 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 85 nəfərdir. Yeni avtobus İbrahim Əbilov - Dəmiryol vağzalı istiqamətində fəaliyyət göstərəcək. Marşrut xəttinin uzunluğu isə 43,3 km-dir. Yeni avtobus sərnişinlərin də ürəyincədir. Çinin “Yutong Bus” şirkətinin istehsalı olan elektrik mühərrikli avtobus hazırda test mərhələsindədir.