CƏMİYYƏT


Xarici İşlər Nazirliyinin rəhbər heyəti şəhid Orxan Əsgərovun məzarını ziyarət edib

Yanvarın 27-də xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanına gələrək Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.
Xatırladaq ki, ötən il yanvarın 27-də səhər saat 08:30 radələrində avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış şəxs Azərbaycanın İrandakı səfirliyinə qarşı xain terror hücumu törədib. Hücumun qarşısının alınması zamanı səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olub, iki nəfər isə yaralanıb.