CƏMİYYƏT


Qaradağda avtomobildə baş vermiş yanğın sərhədçilərin köməyi ilə söndürülüb

Yanvarın 25-də saat 09:22-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində vətəndaş Bərədov Aslan Emin oğluna məxsus “Peugeot” markalı avtomobildə naməlum səbəbdən yanğın hadisəsi baş verib.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, baş vermiş yanğın hadisəsi DSX-nın yaxınlıqda yerləşən hərbi hissəsində xidmət aparan hərbi qulluqçular tərəfindən müşahidə kameraları vasitəsilə görülüb və hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilərək hərbi hissəsinin yanğınsöndürmə avtomobili heyəti ilə birlikdə hadisə yerinə hərəkət edib.