CƏMİYYƏT


Şirvan sakini narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Əbülfət Nəcəfov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı çəkisi yarım kiloqrama yaxın olan marixuana aşkar edilərək götürülüb.