CƏMİYYƏT


Su polislərindən iki uğurlu əməliyyat

Polis əməkdaşları tərəfindən bank kartlarından edilən oğurluqların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazidə olan bir nəfər vətəndaş şikayət edərək onun kartından onlayn yolla naməlum şəxsin 15 min manat oğurladığını bildirib. Oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Gəncə şəhər sakini Vasif Məmmədov ölkəni tərk etmək istəyən zaman hava limanı ərazisində saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla ələ etdiyi müəyyən olunub. V.Məmmədovun qanunazidd əməllərindən zərərçəkən başqa şəxslər varsa polis orqanlarına müraciət edə bilərlər.