CƏMİYYƏT


Abşeronda 4 narkokuryerdən 15 kiloqram narkotik vasitə aşkar edilib

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən 9 kiloqram marixuana, 4 kiloqram heroin, 2 kiloqram psixotrop maddə metamfetamin və 50 ədəd satışı qadağan edilən metadon həbi aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.