Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29.01.2024 [18:15]

Xəbərin mətni

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq və Koreya Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan nümayəndəliyinin direktoru Moon Jong Hyun ilə görüşüb.