Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şimali Koreya bir neçə qanadlı raket buraxıb

30.01.2024 [10:33]

Xəbərin mətni

Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.
Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər yerli vaxtla saat 07:00 (Bakı vaxtı ilə 02:00) radələrində buraxılıb. Raketlərin sayı dəqiqləşdirilməyib.
Agentliyin məlumatına görə, bu, bir həftə ərzində üçüncü buraxılışdır.