Yumurtanın qiyməti ucuzlaşa bilər
30.01.2024 [17:36]
Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı iddiaların yaranmasına səbəb olub. Bəs real vəziyyət necədir? Yumurtanın qiyməti qalxa bilərmi? Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirdi ki, hazırda yumurtanın ixracıyla bərabər istehsalı da artıb, buna görə də daxili təlabatın ödənilməsində heç bir qıtlıq yaranmayıb.