Azərbaycan Dövlət İnformasiya Agentliyi

Banklarda köhnə dolların alışı ilə bağlı heç bir məhdudiyyət yoxdur

31.01.2024 [17:13]

Bir neçə gündür ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində köhnə istehsal olan ABŞ dollarlarının banklar tərəfindən qəbul edilmədiyi haqqında iddialar yayılıb. İddialara əsasən istehsal ili 2006-cı ilə qədər olan dollarları banklar mübadilə etmir. Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bu məsələyə aydınlıq gətirib. Sədr bildirib ki, bununla bağlı nə Mərkəzi Bankın, nə də digər bankların xüsusi yanaşması yoxdur.