Amerikalı tələbə: Ermənistan ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, beynəlxalq öhdəliklərini yerinə yetirməlidir
01.02.2024 [12:25]
Xəbərin mətni
Ermənistan Respublikasının Cənubi Qafqazda məsuliyyətsiz və ehtiyatsız hərəkətləri nəticəsində ətraf mühitə vurulan ziyan dərin narahatlıq doğurur. Qarabağın işğalı zamanı Ermənistan Azərbaycanın ərazilərinə axan çayları çirkləndirib. Bu ölkədə fəaliyyət göstərən “Metsamor” Atom Elektrik Stansiyası təhlükə mənbəyidir. Ətraf mühit fəalları və ekspertlər də bildirirlər ki, bu stansiya dünyada mövcud olan ən təhlükəli atom elektrik stansiyalarından biri sayılır və Ermənistan onun fəaliyyətini dayandırmaqdan imtina edir.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın vətəndaş cəmiyyətinin fəalı, Miçiqan Universitetinin tələbəsi Mət Qarnet deyib.