RƏSMİ


Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi, bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd etdi, bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğuladı.