SİYASƏT


Korsikalılar Fransa polisinin dinc fəallara qarşı repressiyasına etiraz edirlər

Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı uğrunda mübarizəni əzmlə davam etdirirlər. Ölkədə yeni yaranan “Nazione” Partiyası elə ilk gündən 600-dən çox fəalı bir araya gətirib. Partiyanın ilk gündən belə uğur qazanması fransız hökumətinin qəzəbi ilə üzləşib. Fransa hökuməti siyasi partiyanın bu uğurunu həzm edə bilməyib və bunu fəalların evlərinə hücum edərək, repressiya ilə göstəriblər.
Yeni partiyanın assambleyasının ilk iclasından iki gün sonra fransız polisinin çox qəddar və amansız repressiyasına etiraz olaraq, “Nazione” Partiyası Bastiada mətbuat konfransı keçirib.