CƏMİYYƏT


Orta aylıq pensiya məbləği 436 manatdan 485 manata çatacaq

Yeni sərəncamla pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır. Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezidentin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 5-də keçirilən mətbuat konfransında deyib.