DÜNYA


İstanbuldakı atışmanın görüntüləri yayılıb

Türkiyənin İstanbul şəhərinin Çağlayan ərazisində yerləşən məhkəmə binası qarşısında atışma olub.
AZƏRTAC xəbər verir ki, atışma nəticəsində 2 nəfər həyatını itirib, 3-ü polis əməkdaşı olmaqla, 6 nəfər isə yaralanıb.
Hadisənin kimlər tərəfindən və hansı səbəbdən törədildiyi hələlik məlum deyil.