Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda 6 seçki dairəsində səsvermə keçirilir

07.02.2024 [10:33]

Xəbərin mətni

Fevralın 7-də növbədənkənar prezident seçkilərində səsvermə üçün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 6 seçki dairəsi üzrə ümumilikdə 278 mindən çox seçici qeydə alınıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səsverməyə start verildiyi andan etibarən muxtar respublika sakinləri seçkilərdə fəal iştirak edirlər. Seçki məntəqələrində seçicilərin rahat və şəffaf şəkildə səsverməsi üçün lazımi tədbirlər görülüb, veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb.