Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seçici fəallığı hiss olunur

07.02.2024 [13:57]

Fevralın 7-də ölkəmizin bütün suveren ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. 8 Saylı Binəqədi seçki dairəsinin 30 saylı məntəqəsində seçki səhər saat 8:00-da başlayıb. Məntəqənin sədri Xəyyam Fərəcov bildirib ki, məntəqədə seçici fəallığı müşahidə olunur.