CƏMİYYƏT


Göyçayda daşınan seçki qutusu üçün 837 nəfər müraciət edib

Göyçay sakinləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək, ölkəmiz üçün mühüm siyasi kampaniya olan prezident seçkilərində fəallıq göstərirlər. Səhər saat 8:00-dan etibarən seçicilər mütəşəkkilliklə məntəqələrə gəlir, istədikləri namizədə səs verirlər.

91 saylı Göyçay seçki dairəsinin dairə seçki komissiyasının sədri Eldəniz Həmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 50 məntəqə üzrə 50 min 831 seçici qeydə alınıb. Məntəqələrdə səsvermənin Seçki Məcəlləsinə uyğun, azad və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb, 5 məntəqədə veb-kamera quraşdırılıb.