Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

117 yaşlı Səyalı nənə öz evində səs verib

07.02.2024 [19:00]

Xəbərin mətni

Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Kəmərli kəndinin sakinləri də prezident seçkilərində öz konstitusion hüquqlarından istifadə edərək, layiq bildikləri namizədə səs verirlər. 109 saylı Qazax seçki dairəsinin 39 saylı seçki məntəqəsinin seçicisi 117 yaşlı Səyalı Nəbiyeva Kəmərli kəndində, yaşadığı ünvanda səs verib. Səhhəti ilə əlaqədar məntəqəyə gedə bilmədiyi üçün onun evinə daşınan seçki qutusu gətirilib. O, Azərbaycanın firavan gələcəyinə səs verdiyini bildirib, dünyada sülh və əmin-amanlıq olmasını arzulayıb.