CƏMİYYƏT


Füzuli şəhərində bayram əhvali-ruhiyyəsi

Bütün ölkə ərazisində olduğu kimi, işğaldan azad edilən və yenidən qurulan Füzuli şəhərində də sakinlər növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsini bayram əhvali-ruhiyyəsində qeyd edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ildən sonra doğma yurdlarında məskunlaşan Füzuli sakinləri Zəfər qazanılan torpaqlarda Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.
Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları exit-polların nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.