CƏMİYYƏT


Ağalının küçələrində avtomobillərin yürüşü keçirilib

ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları exit-polların nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, digər bölgələrdə olduğu kimi, Zəngilan rayonunun Ağalı kəndinin sakinləri də İlham Əliyevin inamlı qələbəsini bayram əhval-ruhiyyəsində qarşılayıblar. Avtomobil karvanı kəndin mərkəzi küçələri boyunca musiqi sədaları altında yürüş edib. Həmçinin kənd sakinləri mərkəzdəki istirahət parkına toplaşaraq, sevinc hislərini paylaşıblar.