RƏSMİ


Prezident İlham Əliyev TÜRKPA-nın Baş katibini və beynəlxalq seçki müşahidə missiyasının rəhbərini qəbul edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev seçkilərdə müşahidəçi qismində iştirakına görə TÜRKPA nümayəndə heyətinə və müşahidə missiyasının bütün üzvlərinə təşəkkürünü bildirdi.
Müşahidə missiyasının üzvləri prezident seçkilərində inamlı qələbə münasibətilə dövlətimizin başçısını təbrik etdilər. Onlar həm Şuşada, həm də Xankəndidə səsvermə prosesini müşahidə etdiklərini məmnunluqla bildirdilər və bunu tarixi məqam kimi qiymətləndirdilər.