Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbail rayonunda 700 kvadratmetr sahədə qamışlıq ərazi yanıb

08.02.2024 [19:50]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə paytaxtın Səbail rayonunun Gülbala Əliyev küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənərək bitişik evlərə və neft buruqlarına keçməsinə imkan verilmədən yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində söndürülüb.