CƏMİYYƏT


İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğulub

İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğulub. Onlar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə İmişli rayonu Qaradonlu kəndində qeydə alınıb. Belə ki, atası gilə qonaq gələn 1992-ci il təvəllüdlü Kərimov Murad Əkrəm oğlu və həyat yoldaşı 1995-ci il təvəllüdlü Kərimova İlkanə İdris qızı ilə övladları 2021-ci il təvəllüdlü Kərimov Səccad Murad oğlu yatdıqları otaqda dəm qazının təsirinə məruz qalıblar. Hər üç şəxs İmişli rayon mərkəzi xəstəxanasına çatdırılıb, ata və ana reanimasiya şöbəsinə yerləşdirilib, uşağın səhhəti isə normaldır.