Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib

08.02.2024 [20:26]

Xəbərin mətni

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev seçkiləri müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirdi.
Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik etdi.

Bölmənin digər videoları