Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xarici ölkə vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb

09.02.2024 [10:40]

Xəbərin mətni

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Mövsüm Məmmədov şəhər ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı çəkisi 1 kiloqram 500 qramdan artıq olan marixuana və 720 qram heroin aşkar edilərək götürülüb.