CƏMİYYƏT


Fevral ayının pensiyaları yeni artımlarla ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə fevral ayının pensiya ödənişini həyata keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib.