CƏMİYYƏT


Salyanda iki əsr yaşı olan Quran nüsxələri qorunub saxlanılır

Salyanın Xələc kəndində yaşayan Ağabəylilər ailəsində qədim Quran nüsxələri saxlanılır. Ailənin bildirdiyinə görə, bu nüsxələr XIX əsrin əvvəllərinə aiddir.
AZƏRTAC xəbər verir ki, vaxtilə bu Quranı təkcə Azərbaycanda yox, Şərq ölkələrində də tanınan xəttat, nəqqaş, memar və alim Mirzə İsmayıl Ağa Ağabəy oğlu yazıb. “Qurani-Kərim” 30 cüzdən ibarətdir. Buradakı yazılardan başqa rəngli işləmələr də Mirzə İsmayıl Ağaya aiddir. Maraqlısı odur ki, Mirzə İsmayıl Ağanın hazırladığı Quran dünyada cəmi 7 nüsxədir. Onlardan birini təsadüfən Mirzə İsmayıl Ağanın nəvəsi Hindistanda səfərdə olarkən möhürbəndi görərək tanıyıb.