CƏMİYYƏT


İmişlidə itkin düşən uşağın axtarışları davam edir

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ötən il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində itkin düşən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.