Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə baş verən dəhşətli qətlin təfərrüatları

09.02.2024 [19:48]

Xəbərin mətni

Kürdəmir rayonunda iki nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Alıyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib. Hadisə nəticəsində N.Alıyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.