Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub

10.02.2024 [11:48]

Xəbərin mətni

Fevralın 10-da saat 09:30-da Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-a bildirilib ki, 1996-ci il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib.