CƏMİYYƏT


Magistral su kəmərində qəza olub - Kürdəmirə içməli suyun verilişi dayanıb

Ağsu-Külüllü-Kürdəmir magistral su kəmərində qəza baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə avtomobil yolunun 33 kilometrliyində, Kürdəmirin Atakişili kəndi ərazisində qeydə alınıb. Kürdəmirin şəhər mərkəzi də daxil olmaqla, yaxın kəndlərə içməli suyun verilişi dayanıb. Qəzanın aradan qaldırılması üçün əraziyə ağır texnika və işçi qüvvə cəlb edilib.