DÜNYA


Çində Yaşıl Taxta Əjdaha ili başlayıb

Yaşıl Taxta Əjdaha bu ilin zodiak işarəsidir, Qara Su Dovşanını əvəz edir.
AZƏRTAC xəbər verir ki, zodiak bürcün əlamətləri Çin tarix hesabının dövri sistemi ilə bağlıdır. Yəni, ilin rəmzi ilə bu və ya digər ilk element (od, su, taxta, dəmir və torpaq) və rəng (qırmızı, qara, yaşıl, ağ və sarı) müvafiq olur. Dövrilik hər 60 ildən bir təkrar olunur, sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olub.